1 Aprel 2021 11:31
267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşməyə səbəb əsasən, orta hissədə, 2-ci quyunun qarşısında yeraltı suların uzun müddət ərzində toplanması olub.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" Layihə İnstitutunun Geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib.

Onun sözlərinə görə, drenaj quyuları hazır olsa da uzunluğu 50 metr olan üfüqi drenaj borularının inşası tam başa çatdırılmayıb:

"Yeraltı suların toplanması mənbələrindən biri kimi yamacın yuxarı hissəsində 2-ci sahə deyilən yaşayış hissəsində təqribən üç minə qədər fərdi yaşayış evinin kanalizasiya xəttinə qoşulmaması da ehtimal olunur.

Layihə üzrə işlər tam bitənədək sahədə lokal uçqun hadisələri baş verə bilər".

Layihəyə görə bütün quyuların aşağı hissəsində 2 səviyyədən ibarət olmaqla ümumilikdə 63 ədəd uzunluqları 50,0 metr və diametri 40,0 mm olan üfüqi drenaj boruları quraşdırılmalıdır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər