Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə deputat Əhliman Əmiraslanov Kürdəmir və Saatlı rayonlarından sonra növbəti dəfə Sabirabad rayonunda Yeni Azərbaycan Partiyasının qərargahında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla rayon seçicilərilə görüşərək onları dinləmiş və onların sosial problemlərini müzakirə edib.
Teleqraf.com-un məlumatına görə, deputat seçiciləri tərəfindən qaldırılan məsələlərin bəzilərini yerindəcə həll edib, digər məsələlərin müsbət həllinə kömək etmək üçün çalışacağına söz verib. Görüşdə Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva da iştirak edib iştirak edib.