Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlunun bu gün şəhid olması barədə xəbər vermişdik.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində ağır yaralanaraq komaya düşən və müalicə olunduğu xəstəxanada dünyasını dəyişən əsgər bu gün doğulduğu Ağstafa rayonunun Prli kəndində dəfn edilib.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü İ.Bayramov Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilən ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı mina partlaması nəticəsində xəsarət almışdı.
O, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin ötən ilin dekabrın 30-da imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!