COVID-19 virusunun Türkiyə ştammı yayıla bilər.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli mütəxəssis Sıla Akhan deyib.
Onun sözlərinə görə, virusun müxtəlif növləri ilə qarşılaşıblar və Türkiyə ştammının aşkarlanması istisna deyil: “Həftəsonu qadağalarının tətbiqi səbəbilə müraciətlər və yoluxma sayı azalıb. Qaydalara nə qədər əməl etsək, o qədər yaxşı olar”.
Türkiyəli infeksion xəstəlikləri üzrə mütəxəssis Ümid Savaşcı isə bildirib ki, virusun mutasiya keçirmiş növü peyvənd olunmayan gənclər arasında sürətlə yayılır: “Gənclərin xəstəxanaya yerləşdirilməsi halları çoxalıb.
Ağır xəstə sayı artdığı üçün qarşıdakı həftədə ölüm hallarının artması da istisna deyil. Vaksinasiyada yaş həddinin aşağı salınması vacib şərtdir”.