21 Aprel 2021 17:53
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 20-də, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Nazir və Tacir Allahverdiyev qardaşlarının doğum günündə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyanın üzvləri, sahibkar xanımlar şəhidlərin anasını ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, əkiz şəhid qardaşların anası Mailə xanıma səbr diləyən AQSİA sədri Səkinə Babayeva şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu, hər zaman qəlbimizdə yaşayacağını bildirib. Assosiasiyanın üzvləri Afət Həsənli, Aida Kahveçi, Sosial məsələlər komissiyasının sədri, Nəzarət təftiş komissiyasının üzvü Gülnarə Xəlilova, İdarə Heyətinin üzvü və İctimaiyyətlə əlaqələr Komissiyasının rəhbəri Mətanət Ağamirli mənəvi borc olaraq hər zaman şəhid anasının yanında olacaqlarını vurğulayıblar.

AQSİA üzvləri daha sonra əkiz şəhid qardaşların məzarlarını ziyarət ediblər. Şəhid anası AQSİA-nın ona göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirərək övladlarının vətən uğrunda canlarından keçməsindən qürur hissi yaşadığını dilə gətirib. Mailə ana eyni zamanda dövlətdən, Prezident İlham Əliyevin şəhid ailələrinə qayğısından, diqqətindən razılığını ifadə edib. Daha sonra AQSİA üzvləri Ağdamın Quzanlı qəsəbəsində yerləşən şəhid məzarlığını da ziyarət ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər