22 Aprel 2021 12:14
1 894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq deputat Hüseynabala Mirələmovun yayılan qeyri-etik videosu haqqında müzakirələr davam etməkdədir.

Teleqraf.com xəbər verir ki, Təhsil nazirinin müşaviri Elnur Nəsibov məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, görüntüləri yaymaq daha böyük əxlaqsızlıqdır: “Ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa... Burada daha böyük problem şəxsi həyata dair məlumatın ictimailəşdirilməsidir. Heç bir halda "ağsaqqal" adamın belə hərəkətinə haqq qazandırmaq olmaz və bu qəti doğru hərəkət deyil.

Ancaq bunu ölkə gündəminə çevirmək də düzgün deyil. İctimai səviyyədə yaymaq isə daha böyük əxlaqsızlıqdır.

İnsanın əxlaqı, təlimi, tərbiyəsi, Allaha inamı və ailəsinə sayğısı varsa, o zaman heç bir kənar şərt onu əks istiqamətə yönəldə bilməz. Bu dəyərlərin üzərində çalışmaq, onları aşılamaq lazımdır. Əxlaqsızlığı ictimailəşdirib, ondan şou düzəltmək, insanların şəxsi həyatına müdaxilə və "qınaq" heç bir məsələnin davamlı həlli deyil”.

Müşavirin fikrincə, bu məsələ ölkə gündəmini zəbt etməməlidir: “Bizdə şəxsi həyata aid məlumatın yayılmasını həvəslə edirlər. Əslində bunun özü ən böyük əxlaqsızlıqdır. Deyilənlər edilənə haqq qazandırmır. Bu da doğru hərəkət deyil. Daha böyük problemlər var.

Edilən hərəkət əxlaqsızlıqdır və heç bir halda haqq qazandırmaq olmaz. Sadəcə, şəxsi həyata aid məlumatın aqressiv formada ictimailəşdirilməsi bir çox insanın həyatına təsir edir, o cümlədən həmin şəxslərin yaxınlarına. Nəticələr fərqli, bəzən də faciəvi ola bilər. Bunu başa düşmək vacibdir.

Mən o adamı şəxsən tanımıram. Hərəkəti də şiddətlə qınayıram. Nəticələri görmək o qədərmi çətindir? Bu mövzunu ölkə gündəminə çevirmək gələcəkdə eyni tipli hərəkətlərin qarşısını alacaqmı? İnanmıram”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər