Baş Prokurorluq vətəndaşlara müraciət edib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qurum korrupsiya hüquqpozmaları ilə üzləşən vətəndaşlara 161 – “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.
Bundan başqa, Baş Prokurorluq ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntularla üzləşən vətəndaşlara 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyyə edir.