Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova nazir Azad Rəhimovun vəfat etmədiyini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, nazirliyin sözçüsü qeyd edib: "Hörmətli media nümayəndələri! Çox xahiş edirəm Azad müəllimin ailəsindən rəsmi xəbər gəlməyənədək heç bir informasiyanı paylaşmayın. Mən Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə bundan öncə əlaqə yaratmışam. Vəziyyəti ağır olaraq qalır. Hər hansı bir yenilik olduğu təqdirdə dərhal sizinlə bölüşəcəm. Anlayışınız üçün təşəkkür edirəm!"
***
17:16
Azərbaycanın Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu haqda Milli Olimpiya Komitəsi məlumat yayıb.
Məlumatda mərhumun ailəsinə başsağlığı verilib.
***
Bir neçə dəqiqə sonra Milli Olimpiya Komitəsinin rəsmi səhifəsi sözügedən məlumatı silib.