2 May 2021 19:59
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu gün 11 717 nəfər vaksinasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 685, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 032 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 516 923, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 975 208, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 541 715 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com