Dünya Bankı Şərqi Afrika ölkəsi Burundiyə səhiyyə sektorunun inkişafı üçün 54,6 milyon dollarlıq dəstək verəcək.
Teleqraf.com xəbər verir ki, bunu Dünya Bankının Burundi nümayəndəsi Veronique Kabongo deyib.
O bildirib ki, yardım paketi ilə hamilə qadınların və 5 yaşınadək uşaqların Burundidə pulsuz müalicəsi hədəflənir.
Digər tərəfdən, vəsait yeni növ koronavirusla (COVID-19) mübarizə aparılmasına xərclənəcək.