31 Oktyabr 2014 13:06
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 11-də Sankt-Peterburqda (Rusiya) Regional Rabitə Birliyinin MDB ölkələri üzrə ekspert şurasının 15-ci iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclasda informasiyalaşdırma və rabitə sahəsində qanunvericilik aktlarının işlənib hazırlanması məsələləri müzakirə olunacaq. Eyni zamanda, iclasda "Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının istifadəsi", "Elektron hökumət", "Elektron sənədlərin transsərhəd informasiya mübadiləsi" haqda model qanunlarının layihələrinə baxılacaq.

Bununla yanaşı, "Xüsusi rabitə göndərişlərinin dövlətlərarası mübadiləsi" haqda model qanununun hazırlanması ilə bağlı məlumat və MDB ölkələrində informasiya təhlükəsizliyi sahəsində aktların, model qanunların tətbiqi, informasiya təhlükəsizliyi sahəsində milli qanunvericiliklərin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr təqdim ediləcək.


Bu iclasda Ekspert Şurasının təklifləri və MDB-də 2015-2019-cu illərdə model qanun yaradılması üzrə perspektiv plana baxılacaq.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər