9 May 2021 23:31
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir səhhətində problemlər yaranan Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov Feysbukda məlumat yayıb.

"Azərbaycanın Əməkdar artisti Hacı Zöhrə xanım Abdullayevanı xəstəxanaya yerləşdirdik", - deyə qeyd edib.

Qeyd edək ki, iki il əvvəl oğlu İsrafil Abdullayevu itirəndən sonra Z.Abdullayevanın səhhətində ciddi problemlər yaranıb.


Müəllif: Teleqraf.com