Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşada keçiriləcək "Xarıbülbül" musiqi festivalı ilə bağlı paylaşım rəsmi instaqram hesabında paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Mehriban Əliyevanın paylaşımında deyilir:
"Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram".