31 Oktyabr 2014 21:38
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri qocaman jurnalist Telman Qarayevi evində ziyarət ediblər.

Şuranın «Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır» layihəsi çərçivəsində gerçəkləşdirilmiş ziyarət T.Qarayevin anadan olmasının 80 illiyi ilə bağlı olub.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yubilyar jurnalistin «Ədəbiyyat və incəsənət» qəzetindən başlanmış peşəkar fəaliyyətində televiziya və radionun mühüm yer tutduğunu vurğulayıb. T.Qarayevin istər məqalələrində, istərsə də reportajlarında dövrün mədəniyyət salnaməsini canlandırdığını deyən Ə.Amaşov belə qələm sahiblərinin gənc nəslə örnək kimi təqdim edilməsinin vacibliyini əsaslandırıb. Şura sədri veteran jurnalistə rəhbərik etdiyi qurumun diplomunu və xatirə hədiyyəsini təqdim edib.

Gözünün nurunu itirmiş T.Qarayev keçdiyi ömür yolundan söz açıb. O, öz evində yaratdığı və Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin, sənət adamlarının səs yazılarının saxlandığı muzey barədə məlumat verib. Bildirib ki, muzeydə beş minədək səs saxlanılır. Jurnalist belə nadir materialların istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb. Tele və radio kanalları bu istiqamətdə fəaliyyətə çağırıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər