31 Oktyabr 2014 21:22
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il 10-11 noyabr tarixlərində keçiriləcək Bakı Elm Festivalına hazırlıq işləri ilə əlaqədar mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri Nuridə Quliyeva festivalın əhəmiyyəti, xarici ölkələrin bu sahədəki təcrübəsi və Azərbaycanda bu istiqamətdə görülən işlər haqqında məlumat verib. Qeyd edib ki, festivala hazırlıq çərçivəsində akademiyanın elmi nailiyyətlərinin təbliği və ölkəmizdə elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlanıb. Proqramda ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr, əyləncəli elmi şouları və muzeylərə ekskursiyalar nəzərdə tutulur.

Festival və konsert proqramları eyni zamanda paytaxtın müxtəlif yerlərində, o cümlədən “Akademiya şəhərciyi”nin həyətində, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, həmçinin Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət, Azərbaycan Tibb və başqa universitetlərdə keçiriləcək. Həmçinin, 6, 23 və 132-134 nömrəli orta məktəblərdə də festivalın proqramlarını izləmək mümkün olacaq. Festival çərçivəsində akademiyanın Milli Azərbaycan Tarixi, Arxeologiya və etnoqrafiya muzeylərinə ekskursiyalar təşkil ediləcək.


Müəllif:

Oxşar xəbərlər