18 May 2021 12:03
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda işğaldan azad olunmuş rayonlar üzrə Horadiz-Ağbənd istiqamətində layihələndirmə işlərinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova deyib.

Onun sözlərinə görə, işlərin Horadiz-Ağbənd, Bərdə-Ağdam istiqamətlərində həyata keçirilməsi nəzərdə tutulub: “Hazırda bütün dövlət qurumlarda, o cümlədən bizdə əsas prioritet işğaldan azad olunmuş rayonlarda layihələndirmə işləridir.

Bütün dövlət qurumları ilə birlikdə mərhələli şəkildə tədbirlər görüləcək. Sözügedən ərazilər uzun illər boyu istismara yararsız hala salınıb. İşğaldan əvvəl azad edilmiş ərazilərdə mövcud olmuş dəmir yolunun bərpası, zərurət yaranarsa, layihələndirmə işlərinin aparılması nəzərdə tutulur”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər