25 May 2021 10:16
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildən fəaliyyətə başlayan “Azərxalça” ASC-nin Şabran filialında 184 xalça istehsal edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin Şabran filialının direktoru Kəbirə Vəliyeva bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin noyabrından bu günə qədər emalatxana cəmi 1 il pandemiya dövründə fəaliyyətsiz qalıb:

“Emalatxananın ümumi kollektivi 50 nəfərdən ibarətdir. Onlardan 44-ü toxucu xanım, 6 nəfər isə texniki işçidir. Xalçalar sifariş əsasında toxunur. Xalçaların üzərində Şabran, Quba, Xaçmaz çeşnilərindən istifadə edilir. Toxunma prosesi toxucudan asılı olaraq dəyişir. Xalçalar müxtəlif ölçülərdə toxunur. Standart ölçülərdə olan xalçanı tək bir nəfər və ya 4 nəfər toxucu birlikdə də toxuya bilir”.

Kəbirə Vəliyeva onu da əlavə edib ki, xanım işçilərə “Azərxalça” rəhbərliyi xüsusi diqqət göstərir:

“Bölgələrdə xanımların işləməsi ilə bağlı müəyyən çətinliklər yaşanır. Lakin “Azərxalça” ASC emalatxanaları bu mövzuda istisna təşkil edir. Çünki xanımların emalatxanaya gətirilməsinə xüsusi nəqliyyat vasitəsi ayrılır, iş saatı bitdikdən sonra isə toxucu xanımlar həmin nəüliyyat vasitəsi ilə evlərinə geri qaytarılır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər