29 May 2021 23:40
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Acı qidalara qarşı həssas olan şəxslərin COVID-19 virusuna yoluxma riski aşağıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mütəxəssisləri araşdırma aparıb.

Luisiana Sinüs və Burun Mütəxəssisləri Mərkəzi dadbilmə hissiyyatı ilə koronavirus arasındakı əlaqəni araşdırmaq üçün 2 min nəfər arasında tədqiqat aparıb. Acı dadı hiss etməyənlər, acıya qarşı həssas olanlar və qismən dad hiss edən şəxslər olmaqla 3 qrup arasında COVID-19 testi götürülüb.

Araşdırmanın nəticələrinə görə, acıya qarşı həssas olanlarla müqayisədə acı dadı hiss etməyən şəxslərin virusa yoluxma riski daha yüksəkdir. Acı dadı hiss edənlərin virusa yoluxub xəstəxanaya yerləşdirilmə ehtimalı aşağıdır.

Elm adamları acı dadı hiss edənlərin daha çox nitrik oksit istehsal edərək hər hansı koronavirus partikuluna zərər verə biləcəyini açıqlayıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər