2 İyun 2021 18:38
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brand Award Azerbaijan” milli müsabiqəsində “Azəriqaz” İstehsalat Birliyi 5-ci yeri tutub.

Teleqraf.com xəbər verir ki, “Caspian Energy Club”ın təşkil etdiyi müsabiqədə 50 ən tanınan brend müəyyən olunub.

“Azəriqaz” İB müsabiqədə iştirak edən 200 milli korporativ, xidmət və məhsul brendi sırasında ilk beşlikdə qərarlaşıb.

Müsabiqənin nəticələri onlayn formatda keçirilən görüşdə elan olunub. Tədbirə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev qatılıb.

Birliyin baş direktoru Ruslan Əliyev “Brand Award Azerbaijan” milli müsabiqəsində “Azəriqaz” İB-yə səs verən hər bir kəsə minnətdarlığını bildirərək, qalib olan təşkilatları təbrik edib.

Bundan başqa o, müsabiqənin təşkilinə görə “Caspian Energy Club”ın rəhbərliyinə öz minnətdarlığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər