4 İyun 2021 21:14
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Komitədən Teleqraf.com-a bildirilib ki, səfiri yeni təyinatı münasibətilə təbrik edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ona fəaliyyətində uğurlar arzulayıb.

Komitə sədri Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, hər iki ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına bu əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinə dəstəyə görə Türkiyə dövlətinə və xalqına minnətdarlığını bildirən Səfər Mehdiyev bu gün Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığınin ən yüksək zirvədə olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verilib, tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğu, dövlət büdcəsinə ödənilən vəsaitlərin bir neçə dəfə artdığı, qaçaqmalçılıqla mübarizədə mühüm nailiyyətlərin əldə edildiyi diqqətə çatdırılıb.
Səfər Mehdiyev iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə təcrübə mübadiləsinin ümumi işə faydasından və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərindən bəhs edib.

Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı görüşə görə təşəkkürünü bildirib, Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbriklərini çatdırıb.

Səfir Azərbaycanda fəaliyyəti dönəmində əlaqələrimizin bütün sahələrdə inkişafına, o cümlədən gömrük işinə töhfə vermək üçün səy göstərəcəyini bildirib, iki ölkə arasındakı münasibətlərdə gömrük orqanlarının da mühüm rol oynadığını vurğulayıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər