6 İyun 2021 08:33
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Jurnalistlər İttifaqı Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan azərbaycanlı jurnalistlərlə bağlı başsağlığı verib.

Teleqraf.com-un Rusiya Jurnalistlər İttifaqının saytına istinadla verdiyi məlumata görə, başsağlığında deyilir:

“Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Bizim həmkarlarımız - telekanal operatoru Sirac Abışov və AzərTac informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov partlayışın qurbanları olublar.

Rusiya Jurnalistlər Ittifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına səmimi başsağlığını ifadə edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər