İyunun 16-da Dövlət Sərhəd Xidmətinin (DSX) “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisinə daxil olan Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili ilə qəzaya düşərək dünyasını dəyişən hərbi qulluqçumuz, baş leytenant Nəsibov Elməddin Süleyman oğlu ilə vida mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, vida mərasimi şəhidimizin dünyaya göz açdığı Tovuz rayonunda keçirilib. Vida mərasimində şəhidimizin döyüş yoldaşları, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, rayon ictimaəti iştirak edib.
Məlumat üçün bildirək ki, 32 yaşlı Nəsibov Elməddin Süleyman oğlu 3-cü dərəcəli Vətən uğrunda, Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. Şəhidimiz ailəli idi.