3 Noyabr 2014 22:46
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuradan Teleqraf.com-a verilən məlumata görə, millət vəkili Azay Quliyev qurumun 2015-ci il birinci maliyyə müsabiqəsinin mövzuları, maliyələşdirdiyi xarici QHT-lərin layihələrinin yekunlarına həsr edilən beynəlxalq konfransın keçirilməsi və daxil olan layihələr haqqında məsələlərin olduğunu bildirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəlikdə duran birinci məsələ haqqında ətraflı məlumat verərək Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq 2015-ci ilin birinci maliyyə müsabiqəsi üçün 7 müxtəlif istiqamət üzrə mövzu təkliflərinin hazırlandığını qeyd edib. O, mövzuların bloklar üzrə qruplaşdırıldığını və layihələrin icrasının effektivliyinin artırılması məqsədi ilə bir sıra yeni şərt və qaydaların müəyyən olunduğunu deyib. Katibliyin icraçı direktoru bu dəfəki müsabiqədə qrantların həcminin artırılmasının təklif olunduğunu və QHT-lərin Şuraya həm fərdi, həm də koalisiya şəklində layihələr təqdim edə biləcəyini bildirib.

İclasda çıxış edən şura üzvləri Sahib Məmmədov, Tahir Süleymanov, Vüqar Qədirov, Əliməmməd Nuriyev və Dilarə Vəliyeva müsabiqənin şərt və qaydaları ilə bağlı təkliflərini səsləndiriblər.

Şura sədri irəli sürülən təkliflərin Katiblik tərəfindən araşdırılaraq nəzərə alınması ilə bağlı tapşırıq verib.

İclasda gündəlikdə duran digər məsələlər müzakirələrdən sonra səs qoyularaq qəbul olunub.

BƏXTİYAR


Müəllif: