19 İyun 2021 22:21
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ürək-damar xəstəliklərindən, bronxial astmadan, hepatit C-dən əziyyət çəkənlər, remissiyada olan onkoloji xəstələr koronavirus əleyhinə “Sputnik V” ilə vaksinasiya oluna bilərlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri RİA Novosti-yə Qamaley adına Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qinsburq bildirib.

O deyib ki, əgər bu xəstəliklər kəskin mərhələdədirsə, peyvəndləmə əks-göstərişdir.

“Patoloji kardioxəstələr ilk növbədə peyvədlənməlidirlər. Çünki yoluxduqları təqdirdə onlar və şəkərli diabet xəstələri ilk risk qrupundadırlar. Kardioloqun yanına getməyə ehtiyac yoxdur, dərhal vaksinasiya olunmaq lazımdır” - Qinsburq vurğulayıb.

O qeyd edib ki, bronxial astma və hepatit C xəstələrinin peyvənddən kənarlaşdırılması üçün əsas yoxdur.

Qinsburq remissiya mərhələsində olan və kimyəvi terapiya görməyən xəstələrin də vaksinasiya oluna biləcəyini söyləyib: “Düşünmürəm ki, onkoloji xəstəlik peyvəndləmə üçün əks-göstərişdir, amma onkoloji xəstə sitostatik şəklində kimyəvi terapiya alırsa, peyvəndləmə nəticəsində xəstəyə pis bir şey etməyəcəksiniz, amma istədiyimiz effektə, ilk növbədə antitellərin meydana gəlməsinə nail ola bilməyəcəyik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər