Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti ölkədə daşqınların qarşısını almaq üçün bir sıra tədbirlər hayat keçirəcək.
Teleqraf.com bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Kür çayının aşağı axarında, həmçinin Salyan və Neftçala rayonlarından keçən hissələrində onun dibi dərinləşdiriləcək. Məqsəd çayın ötürücülük qabiliyyətinin artırılmasıdır.