26 İyun 2021 11:30
257
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Nazirliyin Qarabağ Regional Mərkəzində Vətən müharibəsi şəhidləri və qazilərinin övladları üçün “açıq qapı günü” keçirilib.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə baş tutmuş tədbirdə şəhid ailələrinin üzvləri və qazilər, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Nazirliyin Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Ağdam rayon Polis şöbəsinin rəisi polis polkovniki Pərviz İsmayılov, Ağdam rayon Təhsil şöbəsinin müdir əvəzi Bayram Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəsmi hissə bitdikdən sonra Ağdam Musiqi Məktəbinin şagirdlərinin maraqlı çıxışı olub. Sonra uşaqlar arasında şeir müsabiqəsi keçirilib, qaliblər müəyyən olunub. "Açıq qapı günü”ndə “Fövqəladə hallar uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin əl işlərindən ibarət sərgi uşaqların böyük marağına səbəb olub.

Daha sonra Nazirliyin Qarabağ Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Həmçinin, Nazirliyin psixoloqu tərəfindən intellektual oyun keçirilib. Tədbirin sonunda uşaqlara hədiyyələr və FHN işçilərinin Həmkarlar İttifaqının Fəxri Fərmanı təqdim olunub, xatirə şəkli çəkdirilib. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər