29 İyun 2021 16:55
283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirləri davam etdirir. Belə ki, Xidmətin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad və Yardımlı, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Göygöl rayonu ərazisində “Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilmiş və rayonların icra hakimiyyətləri, polis şöbələri və bələdiyyələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirlərdə fermerlər və biçin işləri aparan texnika sahiblərinə biçin mövsümü ilə əlaqədar geniş maarifləndirici məlumatlar verilib.

Belə ki, tədbirlərdə taxıl yığımı və ot tədarükü, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən, xüsusilə odsöndürən balondan düzgün istifadə üsulları əyani nümayiş etdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər