2 İyul 2021 16:27
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova növbəti dəfə vətəndaşlarla onlayn qəbul keçirib, onların müraciətlərini dinləyib.

Teleqraf.com xəbər verir ki, qəbulda ADA School məktəbinin şagirdi Rifah Zeynalov da iştirak edib. R Zeynalov aldığı təhsil, qoşulduğu layihələr və təşkilatlar haqqında məlumat verib.

H.Hüseynova Tələbə Şurasının Vitse prezidenti, ADA magazine jurnalının xarici əlaqələr direktoru və bunlarla yanaşı Ailə, Qadın və uşaq problemlər üzrə dövlət komitəsi yanında Uşaq Səfirlər Məclisinin səfiri olan R.Zeynalova ona arzularını çatdırıb.

Onlayn qəbulda Sumqayıt şəhərindən şəhid olmuş Rzayev Nadirin anası Rzayeva Aynur, 1-ci Qarabağ müharibəsi əlili Vüsal Nəzərov və 1-ci Qarabağ, Aprel döyüşləri və 2-ci Qarabağ döyüşlərinin iştirakçısı polkovnik-leytenant Rafiq Məmmədov da iştirak edərək H.Hüseynovaya daim şəhid və qazi ailələri ilə maraqlanaraq diqqət mərkəzində saxladıqları üçün öz təşəkkürlərini bildiriblər.

Onlayn qəbulda Sumqayıt şəhəri 10, 17-ci mikrorayon və Corat qəsəbəsinin sakinləri də iştirak edib və onları narahat edən məsələlərlə bağlı millət vəkilinə müraciət ediblər.

Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və şikayətlər həll edilməsi üçün qeydə alınıb, bəzi məsələlərin isə müvafiq idarə strukturların nəzarətinə götürülməsi üçün tapşırıqlar verilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər