Azərbaycan futbol veteranı Müzəffər Qasımov 80 yaşında vəfat edib.
Teleqraf.com-un məlumatına görə, veteran futbolçu dünən axşam yaşadığı evdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Müzəffər Qasımov Gəncənin “Kəpəz” klubunun sabiq futbolçusu və baş məşqçisi olub. Həmçinin o, “Kəpəz”in 1968-ci ildə “Dinamo” adı altında SSRİ çempionatının güclülər dəstəsində oynamasında ən böyük pay sahiblərindən biridir.
Müzəffər Qasımov bu gün Gəncənin Fəxri Xiyabanında torpağa tapşırılacaq.