27 İyul 2021 20:54
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan Şuşa səfəri davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildirilib ki, səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində erməni vandalizminə məruz qalmış və bu il yenidən Şuşaya qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarı bülbül” otelini ziyarət ediblər. Diaspor nümayəndələrinə Şuşanın çoxəsirlik tarixi, zəngin mədəniyyət abidələri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanda olan bir qrup diaspor nümayəndəsinin Şuşaya səfərini təşkil edib.


Müəllif: Teleqraf.com