Hazırda təyin olunmuş yerə gedib, yanğınla əlaqədar tapşırıqları yerinə yetirəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə baş verən yanğınların söndürülməsi məqsədilə Bakıdan gedən 4-cü yanğınsöndürmə qrupunun rəhbəri, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin alay komandiri polkovnik-leytenant Məmməd Xəlilli Dalaman Hava Limanında mediaya açıqlamasında deyib.
Hansı ərazidə və nə vaxt yanğınsöndürmə əməliyyatlarına başlayacaqları barədə sualı cavablandırarkən M.Xəlili deyib ki, nə tapşırıq veriləcəksə, yerinə yetiriləcək.