18 Avqust 2021 10:00
4 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vəziyyət ciddidir. Aktiv xəstə sayı ikinci dalğadan 2 dəfə azdır, amma artıq səhiyyə sistemi çətinliyə düşüb. Səbəbini bilmirəm. Amma siz özünüzü qoruyun".

Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl öz sosial şəbəkə hesabında yazıb.

Həkim xəbərdarlıq edib ki, uşaqlar, hətta peyvənd olunmuşlar belə koronavirusa yoluxa bilər.

"Hamı xəstələnə bilər. Uşaqlar da, peyvənd olunmuşlar da. Əlaqə nisbətini azaldın. Evdə belə öpüşüb-görüşməyin. Azacıq səbr edin. Mənim dediklərimə istəyirsiniz milyon dəfə söyün, amma özünüzü qoruyun və sonra söyün. Vecimə də deyil. Təki sağ qalasınız.

Hardasa 25 gün sağ qalmaq üçün ciddi qorunmaq lazımdır. İndiki nədirsə, bir başqa aləmdi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər