7 Noyabr 2014 18:47
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun olaraq gələcəkdə 53 yeni stansiya inşa ediləcək və 84,3km metro xətti çəkiləcək.

Teleqraf.com xəbər verir ki, bunu bu gün metropoliten işçilərinin peşə bayramlarında çıxış edən “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bildirib: “2011-ci ildə ölkə başçısının Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladıgı sərəncama əsasən“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun olaraq gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 119 km metro xəttindən ibarət olacaqdır. Yəni 53 yeni stansiya inşa ediləcək və 84,3km metro xətti çəkiləcək.

Qeyd edək ki, hazırda Bakı Metropoliteninin mövcud 23 stansiyasından 14-ü inşa olunub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər