21 Avqust 2021 09:49
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 20-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 8 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, monitorinq 6 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 58 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər