"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, püşkatmann nəticəsinə əsasən yarışacaq komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.
Avqustun 25-dən başlayacaq müsabiqədə hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayacaq.