30 Avqust 2021 11:13
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda erməni hərbi əsirlərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması kimi addımlar humanizm prinsipinə əsaslanıb".

Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, Ermənistan indiyədək ikinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir.

"Azərbaycan Ombudsmanı olaraq əsir və girov düşmüş şəxslərin müdafiəsini, onların pozulmuş hüquqlarının bərpasını daim diqqətdə saxlayıram. Təkzibedilməz faktlar tədbirlərin görülməsini tələb edir”, - S.Əliyeva əlavə edib.

O deyib ki, Ermənistanın hərbi təcavüzü ilə itkin düşmüş xeyli sayda Azərbaycan vətəndaşları var. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur: "Yüzlərlə azərbaycanlıya erməni əsirliyində aldığı fiziki və psixi travmalar nəticəsində müxtəlif əlillik qrupları təyin edilib.

Azərbaycan Ombudsmanı olaraq 44 gün davam etmiş müharibə dövründə əsirlər və girovlarla bağlı məsələni daim diqqətdə saxladım. Erməni hərbi əsirlərlə görüşmüşəm, onlar qaldıqları şəraitdən məmnunluqları bildiriblər. Həmçinin saxlanma şəraitlərinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər