10 Sentyabr 2021 16:52
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda qədim Şuşa şəhərindəyik. Bir neçə il əvvəl bizə desəydilər ki, doğma torpaqlarımızı bu qədər qısa müddətdə işğaldan azad edəcəyik, bəlkə də inanmazdıq. Amma əmin idik ki, mənfur düşməni torpaqlarımızdan gec-tez qovacağıq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, ordumuzun qəhrəmanlığı və peşəkarlığı sayəsində artıq dədə-baba torpaqlarımıza qayıtmışıq.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev Şuşada Azərtac-ın müxbirinə müsahibəsində deyib.

Füsunkar Şuşa şəhərində olmağın unudulmaz təəssürat bağışladığını vurğulayan A.Əmirov bildirib: “Yaşadığım hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Otuz ilə yaxın davam edən işğaldan sonra əzəli torpaqlarımıza qovuşmaq olduqca qürurverici hisdir. Ən önəmlisi odur ki, biz doğma Qarabağımıza qalib xalqın nümayəndələri, gəncləri kimi qayıtmışıq. Bununla yanaşı, erməni vandalları tərəfindən dağıdılan şəhər, qəsəbə və kəndlərimizi gördükcə insan dəhşətə gəlir”.

Artıq böyük qayıdışın başladığını qeyd edən A.Əliyev Azərbaycan gənclərinin də bu prosesdə böyük rol oynamaq əzmində olduqlarını vurğulayıb: “Doğma Qarabağa böyük qayıdış prosesi artıq başlayıb və uğurla davam edir. Burada həyata keçirilən nəhəng quruculuq işləri bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın gənclər təşkilatlarının üzvləri də bu quruculuq işlərinə böyük töhfələr vermək əzmindədirlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər