16 Sentyabr 2021 15:53
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus əleyhinə 60 384 vaksin vurulub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 073 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 806 235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 570 812, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 235 423 təşkil edir.


Müəllif: Teleqraf.com