Azərbaycanın Rusiyadakı səfirliyində Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günü qeyd olunub.
Teleqraf.com-un məlumatına görə, səfirliyin binası önündə II Qarabağ müharibəsinə, müzəffər Azərbaycan Ordusunun 44 gün boyunca göstərdiyi qəhrəmanlığa həsr olunmuş stend qoyulub.
“Azərnəşr”in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov qeyd edib ki, səfirlik böyük qələbəmizin qurbanlarına həsr olunan xatirə gününü Rusiya ictimaiyyətinə yüksək səviyyətə çatdırır. Onun sözlərinə görə, bir neçə kütləvi informasiya vasitəsi qələbəmizə həsr olunan materiallar yayımlayıb: "Səfirimiz Polad Bülbüloğluna və səfirliyin əməkdaşlarına təşəkkür edirik".