28 Sentyabr 2021 23:14
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Qadın və kişilərin AŞPA-da təmsilçiliyi” adlı qətnamə qəbul edib.

Qətnamə ölkələri AŞPA-dakı nümayəndə heyətətlərində qadınların sayını artırmağa çağırır.

Sənəddə bildirilir ki, qadınlar AŞPA-dakı nümayəndə heyətlərinin azı üçdə birini təşkil etməlidirlər. Sonra qadın deputatların sayı 40 faizə çatdırılmalı və yaxın gələcəkdə onlar nümayəndə heyətlərinin yarısını təşkil etməlidirlər.

“Bu gün istər AŞPA-dakı siyasi partiyalar tərəfindən kommissiyalar təşkil olunarkən, istərsə də komissiyalarda məruzəçilərin təyinatı zamanı “üçdə bir” prinsipinə əsaslanan kvotaya riayət olunmalıdır”, - qətnamədə vurğulanır.


Müəllif: Mənbə/Report