1 Noyabr 2021 10:26
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində zəfər qazanandan sonra ermənipərəst qüvvələr bizim aramızda olan erməni xislətli insanlardan istifadə elədi. Onlar “Tərtər işi” adlandırılan məsələni bu cür tamamilə əsassız şəkildə gündəmə gətirməyə cəhd etdilər”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

“Qurban Məmmədov və onun kimiləri bu gün də ermənilərin maşasıdır. Çox təəssüf edirəm ki, belə insanlar bizim millətdəndir. Qurban Məmmədov kimiləri başa düşmür ki, onların deməkləri ilə deyil. Qurban Məmmədov özü hüquqşünasdır. Çox gözəl bilir ki, hər bir ölkədə o cümlədən müasir qanunvericiliyə malik olan Azərbaycanda hər şey qanunla həll olunur. “Tərtər işi” ilə bağlı cinayət işi başlanıldı, istintaq aparıldı, təqsirli hesab olunan şəxslər məhkəmə məsuliyyətinə verildi və Azərbaycanda mövcud olan bütün məhkəmə mərhələləri üzrə bu işlər araşdırılıb. Daha sonra belə qərara alınıb ki, doğurdan da istər dövlətə xəyanətdə ittiham olunan, istərsə də həmin şəxslərə qanunsuz işgəncə verilən şəxslər haqqında çıxarılmış hökmlər qanunidir”, - o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər