Bugünə qədər 439 nəfər yeniyetmə vaksinasiyada iştirak edib.
Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb.
Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.