7 Noyabr 2021 01:37
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 epidemiyası keçən il 28 milyon il əvvələ bərabər insan itkisinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, məlumat Oksford Universitetinin 37 ölkəni əhatə edən araşdırmasında öz əksini tapıb.

Bu, pandemiyanın təsir miqyasını qiymətləndirmək üçün indiyə qədər aparılan ən böyük araşdırma hesab olunur. Bu böyük rəqəmlər 37 ölkədə itirilmiş ömür illərini hesablayarkən ortaya çıxıb.

Tədqiqata rəhbərlik edən Oksford Nuffild Əhali Sağlamlığı Departamentinin professoru Nazrul İslam nəticələrin onu və komandasını şoka saldığını bildirib.

Tədqiqat göstərir ki, əksər ölkələrdə gözlənilən ömür uzunluğunun əhəmiyyətli dərəcədə azalması ilə yanaşı, vaxtından əvvəl ölümlər nəticəsində itirilən illərin sayı da artıb. Tədqiqatçılar bildirib ki, məlumat çatışmazlığı səbəbindən Asiya, Afrika və Latın Amerikası ölkələrinin əksəriyyətini əhatə etmədiyi üçün həqiqi ölçü daha da yüksək ola bilər.

Elm adamları əsrin ən pis ictimai səhiyyə böhranı olan COVID-19-un tam təsirini başa düşmək üçün təkcə ölümləri saymaq deyil, həm də bu ölümlərin nə qədər erkən baş verdiyini təhlil etməyin lazımlı olduğunu bildirir.

İllər ərzində gözlənilən ömür uzunluğunun ən yüksək azalması Rusiyada qeydə alınıb.

Qalan 31 ölkədə isə keçən il orta ömür uzunluğu 222 milyon ildən çox azalıb.


Müəllif: Yeganə Oqtayqızı