"İtkin düşmüş dörd minə yaxın vətəndaşımızla bağlı mütəmadi iş aparılır".
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, onların ailələri ilə görüşlər keçirilir: "Bunu həm də beynəlxalq qurumların diqqətinə çatdırırıq. Bir neçə ay əvvəl itkinlərlə bağlı bəyanatımız yayılıb. Təəssüf hissi ilə qeyd edirəm ki, Ermənistan bütün hüquq normalarını pozmaqla itkin düşmüş şəxslərlə bağlı heç bir məlumat vermir". /Report/