“COVID-19 xəstəliyi aşkar edilən şəxsi mütləq şəkildə həkim müalicə etməlidir. Təbii ki, bu işi bu sahədə ixtisaslaşmış mütəxəssis görməlidir. Həkim çoxdur, kiməsə bu asan iş kimi gəlsə də, təcrübə önəmlidir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, koronavirusa yoluxan şəxslərin əksəriyyəti evdə müalicə alır: “Virusa yoluxan şəxslər 20 % halda xəstəliyi ağır, 5 % halda kritik, yerdə qalanlar isə yüngül və orta ağırlıqda keçirir. Xəstələrin çoxunda yuxarı tənəffüs yollarının zədələnməsi halları olur. Böyük əksəriyyətində isə heç ağciyərlər zədələnmir. Xəstəliyi yüngül keçirən xəstələrin müalicəsində ağır dərmanlara ehtiyac yoxdur. Ağırlaşmış halda belə, bəzən dərman istifadəsi olmur”.