22 Noyabr 2021 12:39
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkədəki səhifəsində böyük oğlu Məcid Mənsimovun royalda ifasını paylaşıb.

Teleqraf.com xəbər verir ki, Mənsimov paylaşımında oğluna xitab edərək uğurlar arzulayıb:

“Mənim qürurum, böyük oğlum Məcid. Bu adı ona verəndə çox düşünmədim. Babam Məcidin adını daşıyır. Babam əsl kişi, çox dəyərli bir insan olub. Dürüst, mərd və ən əsası gözəl insan…

Ona görə də oğlum Məcid bu adın məsuliyyətini çox gözəl başa düşür və layiqincə də daşıyır.
Bu əsəri bizə ailəmizin dostu, sevimli bəstəkar Sevinc xanım hədiyyə edib. “Uğura aparan yol” adlanır. Mən ümid edirəm ki, bütün yollar oğlumun üzünə açıq olar. Uğurları bol olar”.

Klip İstanbul şəhərində çəkilib. Klipin məzmununa gəldikdə, tamaşaçının qarşısına istedadlı gənc və bəstəkar müəllim çıxır. Kompozisiya “Uğura aparan yol” adlandırılıb.

Bəstəkar Sevinc Tofiqqızının sözlərinə görə, bu əsəri bəstələyərkən istedadlı gəncləri düşünüb. O, Məcid Mənsimovun timsalında bu bəstəni gənclərimizə həsr edib, onlara getdikləri yolda büdrəməməyi, daim uğurlarının bol olmasını arzulayıb.

Sevinc Tofiqqızı xalq artisti Flora Kərimova, Nadir Qafarzadə, Vüqar Muradov və başqa sənətçilərə mahnılar bəstələyib. O, "Oskar" mədəniyyət qəzetinin "Qızıl açar" milli musiqi mükafatı, "Bakı gecələri" estrada mahnı festivalının "Ən yaxşı mahnı müəllifi" nominasiyasının diplomu, "The first 2012" mükafatının "İlin ən yaxşı aktrisa"sı nominasiyasının qalibi mükafatlarına layiq görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər