26 Noyabr 2021 12:45
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 10 ayı ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən xarici ölkə vətəndaşlarının sayı açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Teleqraf.com-a bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır.

Onların 21-i İran İslam Respublikası, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşıdır.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kq və 5 004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güclü təsir edən maddə götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər