28 Noyabr 2021 11:44
274

Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda görüşüblər.

Teleqraf.com xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, bu gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammiti keçirilir. Zirvə görüşü zamanı ölkə liderləri İƏT məkanında regional iqtisadi əməkdaşlığın əsas mövzuları ətrafında fikir mübadiləsi aparacaq, həmçinin Türkmənistanın İƏT və onun nizamnamə orqanlarında sədrliyinə yekun vuracaqlar.

Sammitin sonunda yekun Bəyannamənin qəbulu gözlənilir.

Qeyd edək ki, İƏT regional dövlətlərarası iqtisadi təşkilatdır və 1985-ci ildə yaradılıb. Quruma 10 dövləti - Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Türkmənistan, Türkiyə, Tacikistan və Özbəkistanı birləşdirir.


Müəllif: Teleqraf.com