2 Dekabr 2021 12:37
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən 2017-ci ildə ilk dəfə Azərbaycana gəlmişəm. Bu baxımdan indiki Azərbaycanla 4 il öncəki Azərbaycanı müqayisə edə bilmərəm.

Teleqraf.com xəbər verir ki, bunu Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər UNEC İqtisadi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın özünə inamını geri qaytarıb:

"Azərbayacana ilk səfərimdə hamı Qarabağ problemindən danışırdı. O zaman təhsil naziri ilə danışanda təhsildən çox mövzumuz Qarabağla bağlı idi. İndi Qarabağ problemi həll olunub, Azərbaycan xalqında özünə güvən var və ümid edirəm ki, bu Azərbaycan elminə də öz təsirini göstərəcəkdir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər