17 Noyabr 2014 13:57
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin, Soyqırım Həqiqətlərinin Tanıdılması İctima Birliyi, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə sabah Ankarada “Yüz illiyin dəhşəti: Xocalı soyqırımına beynəlxalq hüquqi baxış”adlı tədbir keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, tədbirdə əsrin böyük faciəsi sayılan Xocalı hadisəsinin baş vermə səbəbləri beynəxalq hüquqi nöqteyi-nəzərindən müzakirə olunacaq. Konfransda Türkiyə Böyük Millət Məclisinin Konstitusiya Komissiyasının rəhbəri, prof.dr Burhan Kuzu, Türkiyə Parlamentlər Birliyinin sədri Nevzat Pakdil, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, deputat İsmail Safi, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, dr. Hikmet Eren Soyqırım Həqiqətlərinin Tanıdılması İctima Birliyinin sədri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli daxil olmaqla, xaricdən gələn deputat, siyasi ekspertlər, jurnalistlər iştirak edəcəklər.

Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, deputat İ.Safi Xocalıda yaşanan hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması üçün tədbirin böyük əhəmiyyət kəsb etdiyini xatırladıb.

Soyqırım Həqiqətlərinin Tanıdılması İctima Birliyi sədri C.Ələkbərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dünyanın gözü qarşısında minlərlə insanın qətlə yetirilməsini bir daha Ermənistanın iç üzünü açıb ortaya qoymaqla yanaşı, bunun erməni vəhşiliklərinin gerçək sübutu olduğunu söyləyib.

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri H.Eren Xocalda yaşanan hadisələrin insanlıq cinayəti olduğunu qeyd edərək, məsələnin hüquqi çərçivədə müzakirə olunmasına böyük ehtiyac olduğunu deyib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər